<?xml version="1.0" encoding="UTF-8"?><song><title>İki canı bir ürəkdə, iki canı bir diləkdə İL352</title>
<lyrics>[V1]
 İki canı bir ürəkdə, iki canı bir diləkdə
 Birləşdirən Allahımız, alqış Sənə, alqış!

[C1]
   Nur ələnsin taleyinizə, ömrünüzə, gününüzə,
   Nəqş olunsun bu şad gün əbədi qəlbinizə.

[V2]
 İmanlılar məclisidir bu gün məclisimiz,
 Sevinc dolub ürəklərə bu gün bu məclisdə.

[C2]
   Xeyir - dua versin Ata bəy oğluna, gəlin qızına,
   Alqış deyək könülləri birləşdirən Tanrımıza!

[V3]
 Şükür olsun Yaradana, xoşbəxt olsun bəy qardaşım,
 Şükür olsun Yaradana, xoşbəxt olsun gəlin bacım.

[C3]
   Ata Allah sizinlədir, Rəbbim İsa sizinlədir,
   Allah xalqı sizinlədir, bəy qardaşım, gəlin bacım.
   Xoşbəxtlik, sevinc arzulayırıq
   Qardaşımız, bacımız, sizə.</lyrics>
<hymn_number>352</hymn_number>
</song>